Bitrix24 Nədir?
Bitrix24 – şirkətinizin daxili idarəetməsini, müştəri münasibətlərini (CRM) və layihələri vahid mərkəzdən idarə etmək üçün nəzərdə tutulmuş universal biznes platformasıdır. Hebbcloud olaraq biz, Bitrix24 platformasının tətbiqi, konfiqurasiyası və biznesinizə inteqrasiyası üzrə peşəkar xidmətlər təklif edirik.
Bitrix24-ün Əsas İmkanları
- CRM (Müştəri Münasibətlərinin İdarə Edilməsi): Satış qıfının (sales funnel) izlənilməsi, müştəri bazasının idarə olunması, zənglərin, məktubların və çatların avtomatik qeydiyyatı.
- Tapşırıqlar və Layihələr: Layihələrin idarə edilməsi üçün Qantt diaqramı, Kanban lövhələri, vaxta nəzarət və avtomatlaşdırılmış tapşırıq planlaşdırılması.
- Rəqəmsal Ofis və Daxili Kommunikasiya: Şirkətiçi çatlar, audio/video zənglər, xəbər lenti, sorğular və sənəd dövriyyəsi.
- Biznes Proseslərinin Avtomatlaşdırılması: Sənədlərin təsdiqlənməsi, icazə sorğuları və rutin əməliyyatların insan müdaxiləsi olmadan avtomatik icrası.
- Sayt və Onlayn Mağaza Konstruktoru: Heç bir proqramlaşdırma biliyi tələb olunmadan birbaşa CRM-ə inteqrasiya olunmuş saytların hazırlanaması.
- İnteqrasiya İmkanları: IP-telefoniya, sosial şəbəkələr, messencerlər, e-poçt və ödəniş sistemləri ilə rahat inteqrasiya.
Niyə Bitrix24-ü hebbcloud ilə Tətbiq Etməlisiniz?
Hebbcloud biznesinizin ehtiyaclarını analiz edərək Bitrix24 sistemini sizin proseslərinizə tam uyğunlaşdırır. Biz sizə lisenziyaların təmin edilməsi, sistemin qurulması, işçilərin təlimatlandırılması və texniki dəstək xidmətlərini təqdim edirik.
Əlaqə üçün: sales@hebbcloud.com / +994 55 712 90 57
Rəsmi veb sayt: bitrix24.ru